530 oyuna 363 qələbə - rekord göstərici

00:52 - 19 Oktyabr 2025

Manuel Noyer Bundesliqada qələbə rekordunu yeniləyib. “Bavariya”nın qapıçısı üçün bu gün Dortmund “Borussiya”sına qarşı qazanılan 2:1 hesablı qələbə Almaniya çempionatında 363-cü olub.

Sportal.az xəbər verir ki, Noyer bununla keçmiş komanda yoldaşı və əvvəlki rekordçu Tomas Mülleri (362 qələbə) geridə qoyub.

Bu nailiyyət üçün həmçinin “Şalke”də də çıxış etmiş Noyerə 530 oyun lazım olub, Müller isə bunu 503 matçda bacarıb.

Onların ardınca gələnlər: Oliver Kan (310), Manfred Kalts (291), Robert Levandovski (274), Mats Hummels (268), Filip Lam (250), Lothar Matteus (249), Zepp Mayer (249) və Klaudio Pisarro (248).

Xəbər xətti