İngiltərə Premyer LLiqasında 8-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Çelsi" səfərdə "Nottingem Forest"in qonağı olub. Qarşılaşma London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 14-ə yüksəldən "Çelsi" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 5 xalı olan "Nottingem Forest" isə 18-ci yerdədir.
"Nottingem Forest" - "Çelsi" 0:3
Qollar: Coşua Açeamponq, 49, Pedro Netu, 52, Ris Ceyms, 84
Qırmızı vərəqə: Malo Qusto, 87