"Everton"un yarımmüdafiəçisi Ceyms Qarner Premyer Liqada klubunu dəyişməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli futbolçunu rənglərinə bağlamağı planlaşdırır. Bu barədə yerli mətbuat məlumat yayıb.
Qarnerin klubu ilə müqaviləsi yayda başa çatır. "Qırmızı şeytanlar" azad agent statusunda olacaq 24 yaşlı dayaq yarımmüdafiəçisini heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Everton" Ceyms Qarneri 2022-ci ilin avqust ayında "Mançester Yunayted"dən transfer edib. İngiltərə U-21 millisinin sabiq üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi