"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim maraqlı fikirləri ilə yadda qalıb.

Sportal.az xəbər verir ki, Amorim "Liverpul"un oyun səviyyəsini yüksək tutaraq bunları qeyd edib:

"Biz istənilən oyunu qazana bilərik, buna görə də yalnız növbəti qarşılaşma haqqında düşünməliyik. Gələcəkdə ‘Liverpul’un səviyyəsinə çatmaq üçün mübarizə  aparacağıq, ideyamız budur. Bunun nə qədər vaxt aparacağını isə bilmirəm."