Bakıda təşkil olunan Millətlər Liqasında daha 2 oyun keçirildi

23:04 - 17 Oktyabr 2025

Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutub.

Sportal.az xəbər verir ki, İsrail yığması Ukraynanı 2:0 hesabı ilə üstələyib. Niderland millisi isə Belçika üzərində böyükhesablı qələbəyə sevinib - 5:0.

Turnirin açılış matçında Azərbaycan yığması Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland millilərinin mübarizə apardığı C qrupunun oyunlarına oktyabrın 19-da yekun vurulacaq. Qrupun bütün oyunları "Bayıl Arena"da keçirilir.

Xəbər xətti