“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi 7-ci turda səfərdə “Qarabağ-2”yə 4:2 hesabı ilə qalib gəlib. Binə qəsəbə stadionunda baş tutan matçda "Neftçi"nin qollarını Vüsal Kərimov (25-ci dəqiqə), Nihad Əliyev (50-ci dəqiqə), Aslan Şirinov (64-cü dəqiqə) və Həsən Mahmudov (90-cı dəqiqə) vurublar. Rəqibin heyətində Murad Məmmədov (29-cu dəqiqə) və Bəhruz Qurbanlı (83-cü dəqiqə) fərqləniblər.
35-ci dəqiqədə “Qarabağ”ın üzvü Nicat Xasıyev, 66-cı dəqiqədə isə "ağ-qaralar"ın futbolçusu Fariz Xeyrullayev qırmızı vərəqə ilə cəzalandırılıblar.
Qeyd edək ki, "Qarabağ-2" 14 xalla liderdir. “Neftçi-2” 7 oyundan sonra 13 xalla 4-cü yeri tutur.
saytlarin hazirlanmasi