İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Barselona" öz meydanında "Jirona"nı qəbul edib. Qarşılaşma Hans Flikin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 22-yə yüksəldən "Barselona" çempionatın lideridir. 6 xalı olan "Jirona" isə 19-cu yerdədir.
"Barselona" - "Jirona" 2:1
Qollar: Pedri, 13, Ronald Arauxo, 90+3 - Aksel Vitsel, 20