Postekoqlu 1 ay sonra istefaya göndərildi

18:58 - 18 Oktyabr 2025

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Nottingem Forest" Anqe Postekoqlu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Avstraliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Anqe Postekoqlu sentyabrın 9-da "Nottingem Forest"in baş məşqçisi postuna təyin olunmuşdu. Komanda Premyer Liqada 8 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər xətti