"Sabah" Coy-Lens Mikelsdən sonra daha bir futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Sportal.az saytına verilən məlumata görə, kapitan Pavol Safranko sıradan çıxıb. Slovakiyalı hücumçu milli fasilədə klubun U-19 komandası ilə keçirilən hazırlıq matçında zədələnib.
Safrankonun zədəsi ciddidir. 31 yaşlı forvard təxminən 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Pavol Safranko bu mövsüm "Sabah"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi