Misli Premyer Liqasında 8-ci turun oyunları davam edir
Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.
"İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Qəbələ"ni qəbul edəcək. Matç saat 14:30-da start götürəcək.
"Sumqayıt" isə doğma meydanda "Karvan-Yevlax"la üz-üzə gələcək. Bu oyun saat 18:00-da başlayacaq.
Misli Premyer Liqası, 8-ci tur
18 oktyabr (şənbə)
“İmişli” – “Qəbələ” 2:2
Qollar: Ronaldo de Souza, 74, Dioqo Almeyda, 80 - Domi Massumo, 43, İbrahim Sanqare, 47
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Quba OİK stadionu, 14:30
“Sumqayıt” – “Karvan-Yevlax” 1:0 (Birinci hissə)
Qol: Ronaldo Vaskez, 12
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
M.H. adına Sumqayıt şəhər stadionu, 18:00