Kriştiano Ronaldonun forması Matteys de Liqtin ilk futbol formalarından biri olub.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in müdafiəçisi portuqaliyalı ulduz futbolçu haqda xoş sözlər deyib:
“O vaxtlar Kriştiano əsl Kriştianoya çevrilmişdi. O, "Mançester Yunayted"də oynayanda hamı onu tanıyırdı. Həmçinin orada Edvin van der Sar da var idi, onlar o dövrdə Çempionlar Liqasının finallarında çıxış edirdilər.
Mən uşaq idim və təbii ki, ÇL finallarına baxır, "Mançester Yunayted"i və Ronaldonu görürdüm. Buna görə də hər zaman Ronaldoya və ‘Mançester Yunayted’ə böyük azarkeşlik etmişəm. Mənim burada olmağımın da əsas səbəblərindən biri də budur.
Klub məni indidən əvvəl də almağa çalışmışdı, amma o vaxt bəlkə də uyğun an deyildi və ya mənə daha uyğun olan başqa variantlar var idi. Amma sonda, bəlkə də məni bura gətirən tale idi. Burada oynamaq hər bir futbolçunun arzusudur".
saytlarin hazirlanmasi