"Turan Tovuz"un futbolçusu: "Qarabağ"a qarşı 90 dəqiqə sabit tempi saxlamaq çətindir"

16:22 - 19 Oktyabr 2025

"Turan-Tovuz"un portuqaliyalı müdafiəçisi Xorxe Silva Misli Premyer Liqasının 8-ci turunun “Qarabağ"a qarşı keçirdikləri oyunu (1:2) şərh edib.

Sportal.az saytına açıqlama verən portuqaliyalı futbolçu Ağdam klubuna qarşı oynamağın çətin olduğunu bildirib:

"Qarabağ"la oyuna yaxşı başladıq. Xüsusilə də, ilk hissə xüsusilə uğurlu alındı. Qol vurmağı da bacardıq. Bu, asan oyun deyildi. Təəssüf ki, güclü "Qarabağ"a qarşı yalnız ilk hissədə öz mövqeyimizi qoruya bildik. İkinci hissədə daha çox müdafiə olunduq, bu da bir nəticə vermədi. Bütün 90 dəqiqə ərzində onlara qarşı sabit tempi saxlamaq çətindir. Amma bu oyun göstərdi ki, yüksək səviyyədə oynaya bilərik. Qarşıda hələ çox və güclü komandalara qarşı oyunlar bizi gözləyir".
 

Xəbər xətti