İspan baş məşqçi "Qarabağ"la oyun üçün yenə Bakıya gələ bilər - bu dəfə fərqli komanda ilə

17:16 - 18 Yanvar 2026

Çempionlar Liqasının 7-ci turunun “Qarabağ”la (21 yanvar) oyunundan əvvəl “Ayntraxt” (Frankfurt) baş məşqçisi Dino Toppmölleri istefaya göndərib.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Frankfurt klubunun baş məşqçi postuna əsas namizəd Xabi Alonsodur.

Almaniya klubunun idman direktoru Markus Kreşe “Real”dan(Madrid) göndərilmiş ispan mütəxəssislə sabah görüşəcək. Digər namizədlər isə Edin Terziç, Marko Rouz və Rocer Şmidtdir.

Əlavə edək ki, Ağdam klubu artıq Alonsonun komandasına qarşı oynamaq təcrübəsinə malikdir.

İki mövsüm əvvəl "Qarabağ" Avropa Liqasında ispaniyalı mütəxəssisin rəhbərlik etdiyi "Bayer”ə qarşı dörd oyun keçirmişdi.

Xəbər xətti