Kipr mətbuatı “Etinikos”un futbolçusu Breno Almeydanın karyerasını Azərbyacanda davam etdirəcəyi barədə xəbərlər tirajlayıb. Braziliyalının “Neftçi”yə keçəcəyi iddia olunur.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçunun Kiprdə qalmaq ehtimalı da az deyil. Belə ki, tanınmış “Transfermarkt” portalı futbolçunun “Aris”(Limassol) və AEL(Limassol) klublarına keçə biləcəyini ehtimal edib.
“Etnikos”la müqavilə müddəti 2026-cı il mayın 31-nə qədər olan braziliyalı vingerin karyerasını hansı klubda davam etidərəcəyi yaxın günlərdə dəqiqləşəcək.
O, bu mövsüm Kipr klubunun heyətində ümumilikdə 14 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Breno Almeyda karyerası ərzində “Fiqueyrense”, “Retro”, “Nova İquaça”, “Portquqeza”, “Piraçiçaba”, “Sampayo”(hamısı Braziliya), “Ciddə”(Səudiyyə Ərəbistanı) və “Valetta”(Malta) klublarının formasını geyinib.
saytlarin hazirlanmasi
