"Barselona"nın heyətində ciddi itki

15:23 - 18 Yanvar 2026

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Rafinya sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı vinger sağ ayaq əzələləsindən zədə alıb. 29 yaşlı futbolçu sabah "Real Sosyedad"la keçiriləcək La Liqa matçında iştirak etməyəcək.

Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 18 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti