"Sabah" Çempionlar Liqasında mübarizəyə başlayır

11:49 - 6 Oktyabr 2026

Bu gün “Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı birinci qarşılaşmasını Litvada “Ritas”a qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da “Vilnüs Arena”da start götürəcək.

Xatırladaq ki, A qrupunda Fransanın “Nanter 92” və Türkiyənin “Trabzonspor” klubları da yer alıblar.

Xəbər xətti