"Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi ehtiyatda qaldı

12:10 - 6 Oktyabr 2026

UEFA Millətlər Liqasında IV turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, B Liqasında Bosniya və Herseqovina millisi doğma meydanda Polşanı qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bosniya və Herseqovina yığmasının heyətində bu matçda "Qarabağ"ın qapıçısı Martin Zlomisliç də iştirak edib. 28 yaşlı qolkiper matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb. Qonaq komandada isə "Sabah"ın müdafiəçisi Timoteuş Puxaça şans verilməyib. O, sona qədər ehtiyatda qalıb.

4 turdan sonra 8 xal toplayan Bosniya və Herseqovina qrupda 2-ci pillədə qərarlaşıb. 4 xalı olan Polşa seçməsi isə 3-cü yerdədir.

Xəbər xətti