"Sabah" "Slaviya" azarkeşləri üçün bu qədər bilet ayırdı

21:47 - 5 Oktyabr 2026

"Sabah" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turu çərçivəsində Bakıda Çexiyanın "Slaviya" klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, Azərbaycan çeempionu bu matçda qonaq azarkeşlər üçün 3675 yer ayıracaq. Bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Satış vauçerlər vasitəsilə Praqa təmsilçisinin rəsmi saytında və tətbiqində həyata keçiriləcək. Hər bir şəxs eyni vaxtda maksimum 6 vauçer ala bilər. Satın alma prosesi başa çatdıqdan sonra biletlər vauçerin alınması zamanı istifadə olunan e-poçt ünvanına göndəriləcək. Biletlərin paylanması 8 oktyabr - 11 oktyabr 2026-cı il tarixləri arasında həyata keçiriləcək.

Qeyd edək ki, "Sabah" - "Slaviya" qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Xəbər xətti