Litva milli komandasının qapıçısı Tomas Svedkauskas Millətlər Liqasının D2 qrupunun üçüncü turunda Bakıda Azərbaycana 1:0 hesablı məğlubiyyəti şərh edib.
Sportal.az “15min.lt” portalına istinadən xəbər verir ki, litvalı qolkiper millimizdən zəif oynamadıqlarını deyib:
"Azərbaycan millisi qol vurduqdan sonra müdafiəyə çəkildi və bu da rəqib qapısına yaxınlaşmağı çətinləşdirdi. Hücumlar qurmaq çətin idi. Çoxlu ötürmələr etdik, amma qapıya çata bilmədik. Fikir və itilik çatışmırdı. Bu, məyusedicidir, amma matçın sonunda öz hərəkətlərimizdən daha çox hakimə diqqət yetirdik. Səhv etdik və oyuna diqqət yetirməli idik".
