Baş məşqçi mövsümün sonunda London klubunu tərk edəcək - RƏSMİ

12:18 - 17 Yanvar 2026

"Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, avstriyalı mütəxəssis mövsümün sonunda Premyer Liqa klubundan ayrılacaq. Bu barədə Qlasner özü mətbuat konfransında məlumat verib.

51  yaşlı çalışdırıcı klubla 30 iyun tarixində başa çatan müqaviləsinin müddətini artırmayacaq.

Qeyd edək ki, Oliver Qlasner 2024-cü ilin fevral ayında "Kristal Pelas"ın baş məşqçisi vəzifəsinə təyin olunub. London təmsilçisi onun rəhbərliyi altında ötən mövsüm İngiltərə Federasiya Kubokunu və Super Kuboku qazanıb.

Xəbər xətti