"Qalatasaray" "Bavariya"nın müdafiəçisi ilə danışıq aparır

14:48 - 18 Yanvar 2026

“Qalatasaray” istədiyi müdafiəçini Almaniyada tapıb.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə çempionu mövsümün sonunda “Bavariya”nın müdafiəçisi Rafael Querrero ilə müqavilə imzalamağı planlaşdırır.

“Cim-bom” rəsmiləri 32 yaşlı portuqaliyalı üçün indidən danışıqlara başlayıb. Rafaelin “Bavariya” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, 2023-cü ildə “Borussiya”dan (Dortmund) Münhen klubuna keçmişdi.

Querreronun əvvəllər “Kan”, “Loryen” komandalarının da formasını geyinib.
 

Xəbər xətti