UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA-nın rəhbəri Canni İnfantinonu xarakterizə edib.
Sportal.az xəbər verir ki, Platini öz açıqlamasında bunları qeyd edib:
“O, ikinci şəxs kimi yaxşı idi, amma birinci şəxs kimi o qədər də yaxşı deyil. UEFA-da çox yaxşı işləyirdi, lakin onun bir problemi var, pulu olan varlı və nüfuzlu insanları sevir. Bu, onun xarakteridir. İkinci şəxs olanda da belə idi, sadəcə o vaxt rəhbər deyildi. İndi demokratiya Blatter dövründəkindən də azdır. Blatter haqqında nə istəsəniz deyə bilərsiniz, amma onun əsas problemi FIFA-da ömürlük qalmaq istəməsi idi. O, futbol üçün yaxşı bir insan idi.
İndiki futbol rəhbərləri sadəcə işlərini görürlər. Futbolun, yoxsa basketbolun olması onlara fərq etməyən çoxlu insanlar var. UEFA və ya FIFA-da işləmək həmişə futbolu sevdiyiniz anlamına gəlmir."
saytlarin hazirlanmasi
