Türkiyə millisinin müdafiəçisi Zeki Çelik İtaliyada klubunu dəyişməyə hazırlaşır.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin xidmətində “Milan” və “Yuventus” klubları maraqlıdır.
“Roma”nın futbolçusu bu iki klub arasında seçim edəcək. Onun “canavarlar”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Zeki “Bursaspor”, “Bursa Nilüfer”, “İstanbulspor”, “Lill”də oynadıqdan sonra 2022-ci ildə “Roma” ilə müqavilə imzalamışdı.
