Argentina millisinin kapitanı Lionel Messi “İnter Mayami”də qalacaq.
Sportal.az Argentina mətbuatına istinadən xəbər verir ki, MLS təmsilçisi 38 yaşlı futbolçuya yeni müqavilə təklif edib.
Tərəflər arasında ilkin razılıq olub və yeni müqavilənin imzalanacağı gözlənilir.
Onun hazırkı müqaviləsi 2025-ci ilin sonunda başa çatır. Argentinalı Florida klubunun yeni layihəsinə sadiq qalacaq və bu komandada oynamağa davam edəcək.
Messi müntəzəm mövsümdə “İnter Mayami”də bombardiri olub.
saytlarin hazirlanmasi