İtaliya millisinin sabiq üzvü Türkiyə klubuna keçə bilər

13:47 - 20 Oktyabr 2025

İtaliya millisinin və “Napoli”nin sabiq üzvü Lorenzo İnsinye karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Kasımpaşa”ya keçməyə yaxındır.

Hazırda tərəflər arasında danışıqlar gedir. İstanbul təmsilçisi azad agent statusu daşıyan təcrübəli futbolçunun istədiyi maaşı verə biləcəyi təqdirdə, tərəflər arasında müqavilə imzalanacaq.

“Napoli”nin yetirməsi olan Lorenzo “Kaveze”, “Foggia”, “Peskara” və “Toronto” klublarında oynayıb.

Xəbər xətti