Azərbaycanda çalışmış türkiyəli mütəxəssis Cüneyt Biçer Sportal.az saytına açıqlama verib.
O, “Neftçi”nin “Beşiktaş”ın sabiq hücumçusu Vensan Abubakarı transfer etməsini şərh edib.
"Xəzər Lənkəran" və "Bakı"nın sabiq baş məşqçisinin sözlərinə görə, kamerunlu forvard “ağ-qaralar”ın heyətində fərq yarada bilər:
"Neftçi" çox böyük klubdur. Keçmişi və bu günü ilə də belədir, önəmli camiədir. Bu mənada, "Neftçi"nin hansısa futbolçunu transfer etməsi sürpriz ola bilməz. Doğrudur, Abubakar son vaxtlarda yaxşı performans sərgiləmirdi. Amma onun bəlli səviyyəsi və təcrübəsi var. Günün şərtlərinə görə necə performans göstərəcək, onu da görmək lazımdır. Amma yenə də, ad olaraq yaxşı transfer demək olar".
Türkiyəli məşqçi Abubakarın transferinə görə rəqiblərin narahat ola biləcəyini də söyləyib: "Karyera baxımından Abubakar rəqibləri narahat edəcək oyunçudur. Amma indiki dönəmdə meydandakı performansı karyerasındna daha önəmlidir. Məncə, Azərbaycan liqasında cəlb edəcək daha önəmli ediləcək işlər var".