Qadın voleybolçular arasında keçirilən Yüksək Liqa oyununda “DH Volley” və “Azerrey” komandaları qarşılaşıb.
Sportal.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyunda “DH Volley” Yüksək Liqanın son çempionu “Azerreyl” üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan qarşılaşma qadın voleybolçular arsında gedən gərgin mübarizə ilə yadda qalıb. Görüşün taleyi tay-brekdə həll olunub və beş setlik oyunun yekununda “DH Volley” qalib gəlib – 3:2 (23:25, 25:20, 25:11, 23:25, 15:12). Beləliklə, “DH Volley” komandası Yüksək Liqanın ilk oyununda çempionata qələbə ilə start verib.
“DH Volley” komandası “Azərlotereya” ASC-nin dəstəyi ilə yaradılıb. “Azərlotereya” ölkədə sağlam həyat tərzinin təşviqi, idman klublarının, həmçinin müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Məqsəd ölkəmizdə idmanın kütləviliyinə nail olmaq və ölkə adına idman nailiyyətlərinin əldə olunmasıdır.
saytlarin hazirlanmasi