"Bavariya" Kompani ilə yeni müqavilə imzaladı - RƏSMİ

15:52 - 21 Oktyabr 2025

"Bavariya" baş məşqçi Vensan Kompani ilə yola davam edəcək.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi belçikalı çalışdırıcının müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Vensan Kompani 2024-cü ilin yayında "Bavariya"nın baş məşqçisi postuna təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm Almaniya çempionu olub.

Xəbər xətti