“Atletiko” “Arsenal”ın stadionunda isti suyun olmaması ilə bağlı UEFA-ya şikayət edib.Komandalar Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunda qarşılaşacaqlar. Oyun sabah, oktyabrın 21-də Londonda keçiriləcək və Moskva vaxtı ilə saat 22:00-da başlayacaq.
Sportal.az xəbər verir ki, "Marca"nın məlumatına görə, Madrid klubunun futbolçuları məşqdən sonra “Emireyts” stadionunda isti su olmadığı üçün duş qəbul edə bilməyiblər.
“Atletiko” rəhbərliyi bu vəziyyətdən narazıdır və anlayışla qarşılamır ki, bu qədər müasir stadionda belə vacib turnir ərəfəsində futbolçulara elementar şəraitin təmin olunmaması necə mümkündür. Klub bu məsələ ilə bağlı UEFA-ya rəsmi şikayət təqdim edib.
saytlarin hazirlanmasi