"Traktor" Çempionlar Liqasında darmadağınla qalib gəldi

23:10 - 20 Oktyabr 2025

Cənubi Azərbaycan təmsilçisi "Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində III tur çərçivəsində növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, Təbriz təmsilçisi səfərdə Birləşmiş Ərəb Əmirliyinin "Əl-Şarja" klubu ilə qarşılaşıb. Matç İran çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Traktor" hazırda 5 xalla turnir cədvəlinin 3-cü sırasında qərarlaşıb.

Xəbər xətti