"Əgər Flik zəng etsəydi və mən ‘Barselona’ layihəsini bəyənsəydim..."

00:27 - 21 Oktyabr 2025

Tomas Müller etiraf edib ki, “Bavariya”dan sonra “Barselona”ya keçməyə razı olardı. Bu yay yarımmüdafiəçi Münhen klubunu tərk edərək MLS-in “Vankuver Uaytkaps” komandası ilə müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, 36 yaşlı oyunçu bildirib ki, “Bavariya”dakı karyerasını bitirdikdən sonra onun əsas arzusu Avropanı tərk edib daha ekzotik bir yerə getmək idi. Lakin onun sözlərinə görə, Hansi Flikdən gələcək zəng bu qərarı dəyişə bilərdi. Müller əvvəllər Münhendə və Almaniya millisində Flik ilə işləyib.

“Əgər Hansi Flik, məni çox yaxşı tanıyan biri, mənə zəng etsəydi və mən "Barselona" layihəsini bəyənsəydim, bunu təsəvvür edə bilərdim.

Bu, yüksək səviyyəli klubdur və orada səndən nə gözlənildiyini bilirsən”. – Müller "Blickpunkt Sport"a açıqlamasında deyib.

Xəbər xətti