"Roma" mövsümün sonunda klubla müqaviləsi başa çatan Zeki Çelik ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli futbolçunu komandada saxlayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Yaxın günlərdə Çelik ilə yeni sözləşmə imzalanacaq. 28 yaşlı sağ cinah müdafiəçisinin 1,7 milyon avro olan maaşı 2 milyon avroya yüüksəldiləcək.
Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi