Abubakar tibbi müayinədən keçdi - FOTO

19:57 - 21 Oktyabr 2025

“Neftçi”nin yeni transferi Vensan Abubakar “Liv Bona Dea Hospital”da ümumi müayinədən keçib.

Sportal.az xəbər verir ki, kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb.

Həmçinin USM, MRT, EKQ, EXO, stress test edilib. Onun sağlamlığında heç bir problem aşkarlanmayıb.

Qeyd edək ki, "Neftçi" Vensan Abubakarla 1+1 illik müqavilə imzalayıb.


Xəbər xətti