Azərbaycanın futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov təyinat alıb.
Sportal.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında iş başında olacaq. K.Əmiraslanov oktyabrın 29-da "Benfika" (Portuqaliya) – "Lozniça-Qrad 2018" (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq "Riqa" (Latviya) - "Lüksol Sent Endryus" (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək.
FIFA referisi oktyabrın 30-da keçiriləcək "Lüksol Sent Endryus" - "Lozniça-Qrad 2018" qarşılaşmasında isə birinci hakim olacaq. Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.
saytlarin hazirlanmasi