"Kərəm "Fənərbaxça"da "Benfika"dakı maaşının 5 qatını qazanır" - Joze Mourinyo

16:50 - 22 Oktyabr 2025

"Benfika"nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasında "Nyukasl"a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın sabiq futbolçusu Kərəm Aktürkoğlu barədə danışıb. O, türkiyəli vingerin "Fənərbaxça"ya yüksək maaş səbəbindən keçdiyini bildirib:

"Kərəm Aktürkoğlu həqiqətən də çox sevdiyim bir oyunçudur. "Benfika" hazırda onu axtarır. Amma buna görə klubu günahlandıra bilmərəm. Çünkü "Fənərbaxça"da "Benfika"dakı maaşının 5 qatını qazanır. Klub onun gedişinə mane ola bilməzdi".

Qeyd edək ki, "Benfika" Kərəm Aktürkoğlunu sentyabr ayında 22,5+2,5 milyon avroya "Fənərbaxça"yaa satıb.

Xəbər xətti