Konqolu yarımmüdafiəçi "Mançester Yunayted"ə keçə bilər

19:41 - 20 Yanvar 2026

"Sanderlend"in yarımmüdafiəçisi Noa Sadiki Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" konqolu futbolçunun xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar" Sadikinin performansını bir müddətdir yaxından izləyir. "Mançester Yunayted" 21 yaşlı orta xətt oyunçusu üçün onun klubuna Manuel Uqarteni təklif etməyə hazırdır.

Qeyd edək ki, "Sanderlend" Noa Sadikini mövsümün əvvəlində "Yunuon Sen-Jilluaz"dan transfer edib. Konqo millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində 18 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti