"Roma" icarəyə götürdüyü futbolçunu vaxtından əvvəl qaytardı

17:40 - 21 Yanvar 2026

"Roma" "Aston Villa"dan icarrəyə götürdüyü Leon Beylini geri qaytarıb.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi yamaykalı vingerin icarə müqaviləsinə vaxtından əvvəl xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Beylinin performansı İtaliya klubunun məşqçilər korpusunu razı salmayıb. 28 yaşlı futbolçu "Aston Villa"nın düşərgəsinə qayıdıb.

Qeyd edək ki, "Roma" Leon Beylini mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü. Yamayka millisinin üzvü "canavarlar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol ötürməsi edib.

Xəbər xətti