İngiltərənin "Everton" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin aparıcı oyunçularından olan Cek Qriliş sıradan çıxıb.
İngiltərəli vingerin ayaq sümüyü sınıb. 30 yaşlı futbolçu təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Everton" Cek Qrilişi mövsümün əvvəlində "Mançester Siti"dən icarəyə götürüb. İngiltərə millisinin üzvü "mavilər"in heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
