"Benfika" mənə zəng edəndə Portuqaliyanın harada yerləşdiyini bilmirdim" - Di Mariya

22:07 - 20 Yanvar 2026

"Benfika"nın sabiq yarımmüdafiəçisi Anxel Di Mariya ölkəyə gəlməzdən əvvəl Portuqaliyanın harada yerləşdiyini bilmədiyini etiraf edib.

Sportal.az xəbər verir ki, argentinalı futbolçu 2007-ci ildə "Rosario Sentral"dan "Benfika"ya keçib və 2010-cu ilə qədər orada çıxış edib. O, həmçinin 2023–2025-ci illərdə yenidən Lissabon klubunun formasını geyinib.

"Bu, çətin qərar idi. Heç vaxt bilmirsən hər şey necə alınacaq. Mənə zəng edəndə Portuqaliyanın harada yerləşdiyini bilmirdim, baxmayaraq ki, indi Lissabonu çox sevirəm. Orada portuqal dilində danışıldığından da xəbərim yox idi.

Mənə izah etdilər ki, bu, Portuqaliyanın ən yaxşı klubu, böyük tarixə malik və Çempionlar Liqasında çıxış təcrübəsi olan komandadır. Bu, təsir edici idi." – deyə Di Mariya "Telefé"yə müsahibəsində bildirib.

Xəbər xətti