"Konteni heç kim sevmirdi, buna görə də "Çelsi"də uzun müddət qalmadı"

18:57 - 21 Yanvar 2026

“Çelsi”nin sabiq hücumçusu Dieqo Kosta Antonio Kontenin iş üsulu barədə fikirlərini bölüşüb. Vaxtilə futbolçu ilə baş məşqçi arasında yaranmış və ispaniyalı oyunçunun klubdan ayrılmasına səbəb olmuş münaqişə hələ də aktual mövzu olaraq qalır.

Sportal.az "Goal" portalına istinadən xəbər verir ki, Kosta italiyalı mütəxəssisin başqalarına güvənmədiyini bildirib:

“Kon­te başqalarına güvənməyən bir insandır. O düşünür ki, hər şeyi özü bilir. Onun rəhbərliyi altında məşqlərdən zövq almırsan. Daim əsəbidir, həmişə də üz-gözü tutulmuş vəziyyətdə olur. Konteni heç kim sevmirdi. Məhz buna görə də "Çelsi"də uzun müddət qalmadı.

Qeyd edək ki, Antonio Konte 2016–2018-ci illərdə “Çelsi”yə rəhbərlik edib və bu müddətdə Premyer Liqa ilə İngiltərə Kubokunu qazanıb.

Xəbər xətti