"Beşiktaş"ın yarımmüdafiəçisi "Braqa"da

20:55 - 21 Yanvar 2026

"Beşiktaş"ın yarımmüdafiəçisi Demir Ege Tıknaz karyerasını Portuqaliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, türkiyəli futbolçu "Braqa"ya keçəcək. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

"Ağ-qaralar" 21 yaşlı dayaq yarımmüdafiəçisinin satışından 7 milyon avro gəlir əldə edib. Oyunçu Portuqaliya klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Demir Ege Tıknaz "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti