"Beşiktaş"ın futbolçusu sabiq klubuna qayıdır

20:48 - 20 Yanvar 2026

"Beşiktaş"ın futbolçusu Rafa Silva ölkəsinə qayıdacaq.

Sportal.az xəbər verir ki, "Benfika" portuqaliyalı hücumçunun transferi ilə bağlı razılıq əldə edib. Bu barədə "TRT Spor" kanalı məlumat yayıb.

"Qara qartallar" Rafanın satışından 7 milyon avro gəlir əldə edəcək. 32 yaşlı forvard yaxın zamanda Lissabona gedərək yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Rafa Silva 2024-cü ilin yayında "Benfika"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Beşiktaş"a keçmişdi. Portuqaliya millisinin sabiq üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti