"Mançester Siti" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunda səfərdə "Budo Qlimt"ə 1:3 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, məğlubiyyətdən sonra "şəhərlilər"in kapitanları Bernardo Silva, Ruben Diaş, Rodri və Erlinq Haaland Norveçdə komandanı dəstəkləyən azarkeşlərə jest edib. Bu barədə "Times" nəşri məlumat yayıb.
Futbolçular tribunada yer alan 374 azarkeşin bütün səfər xərclərini qarşılayacaqlar. Onlar fanatların hər birinə 9357 funt-sterlinq ödəyəcəklər.
Qeyd edək ki, "Mançester Siti" Liqa mərhələsində 7 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
