"Anderlext" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Belçika klubu "Trabzonspor"dan Danilo Sikanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Anderlext" Sikan üçün Türkiyə klubuna 4 milyon avro təzminat ödəyib. 24 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Trabzonspor" Danilo Sikanı 2025-ci ilin yanvarında "Şaxtyor"dan 6 milyon avroya transfer etmişdi. Ukrayna millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
