Mbappe "Real"ın heyətində bunu edən 4-cü futbolçu oldu

00:38 - 21 Yanvar 2026

Kilian Mbappe "Real" tarixində Çempionlar Liqasında 10 və daha çox qol vuran 4-cü futbolçu olub.

Sportal.az xəbər verir ki, hücumçu hazırda ilk hissəsi oynanılan "Monako" ilə oyunun 5-ci dəqiqəsində komandasını önə çıxaran futbolçu 26-cı dəqiqədə də fərqlənməklə komandasını qələbəyə daha da yaxınlaşdırıb.

"Real"da Çempionlar Liqasının bir mövsümündə 10 qol və daha çox vurmuş yalnız dörd oyunçu var: Mbappe, Ronaldo (7 dəfə), Karim Benzema və Raul.

Qeyd edək ki, Mbappe karyerasında ilk dəfə bu turnirdə iki rəqəmli qol sayına çatıb.

Xəbər xətti