Dadaşov qol vurdu, komandası qazandı

15:17 - 21 Yanvar 2026

Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşovun da formasını geyindiyi “Dinamo” (Berlin) qış təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, berlinlilər "Klosterfeld"lə qarşılaşıb və 4:2 qalib gəlib. Dadaşov komandasının ikinci qolunu vurub.

"Dinamo"nun yarışdığı Regionalliqa Nordeastdə mövsümün ikinci yarısı yanvarın 30 yanvarda başlayacaq və 20-ci turun oyunlarına start veriləcək.

Dadaşovun komandası "Proyssen"lə qarşılaşacaq. Berlin təmsilçisi hazırda 17 xalla turnir cədvəlində 15-ci yerdədir.

Xəbər xətti