Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın "Arda" klubunun Türkiyədə təlim-məşq toplanışı start götürüb.
Sportal.az xəbər verir ki, Krcaali təmsilçisi dünən ilk yoxlama matçında qüvvəsini sınayıb.
Hüseynovun komandası Ukraynanın "Kudryovka" kollektivi ilə üz-üzə gəlib.
Yığmamızın müdafiəçisi 1:1 hesabı ilə başa çatan qarşılaşmada meydana start heyətində çıxıb.
"Arda" Antalyada yoxlama görüşləri çərçivəsində "Viçista" (Polşa), "Ufa" (Rusiya) və "Neftçi" (Öbzəkistan) komandaları ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi
