Azərbaycanlı hücumçu Orxan Əliyevin formasını geyindiyi "Ozgon" Türkiyədə yeni mövsüm üçün təlim-məşq toplanışını keçir.
Sportal.az xəbər verir ki, azərbaycanlının forvardın komandası iki yoxlama görüşü keçirib və hər iki görüşdə də qol vurub. Belə ki, Əliyev ilk matçda "Çakvari"yə (1:1), ikinci görüşdə isə "Çayka"(3:2) qol vurub.
Qeyd edək ki, Orxan Əliyev "Ozgon"la yeni müqavilə imzalayıb. Bu komandada Orxanla yanaşı Ramin Əhmədov və İldar Alekperov da forma geyinir.
saytlarin hazirlanmasi
