"Neftçi" legionerini sifariş etdi - mövsümün ikinci hissəsində oynaya biləcək

21:46 - 20 Yanvar 2026

"Neftçi" ukraynalı futbolçusu Andrey Ştoqrini mövsümün ikinci yarısı üçün Misli Premyer Liqasında sifariş edib.

Sportal.az xəbər verir ki, artıq 27 yaşlı yarımmüdafiəçi mövsümün ikinci hissəsində "Neftçi"nin heyətində meydana çıxa biləcək.  

Mövsümün əvvəlində heyətə daxil edilməmiş Ştoqrin qış təlim-məşq toplanışında Yuri Vernidubun etimadını qazanıb.

Ukraynalı futbolçunun "Neftçi" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, 2024-cü il iyul ayında “ağ-qaralar”a keçmişdi.

Xəbər xətti