UEFA-nın rəsmi saytı Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda "Qarabağ" və “Ayntraxt”(Frankfurt) klublarının mümkün start heyətlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, UEFA-nın ehtimalına görə, Ağdam təmsilçisi aşağıdakı heyətə meydana çıxacaq:
Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Abdullah Zubir, Coni Montiel və Kamilo Duran.
Bu arada, “Ayntraxt”ın gözlənilən start isə belədir: Kaua Santos, Nnamdi Kollinz, Robin Kox, Artut Teate, Nataniel Braun, Ellies Şkiri, Mahmud Dahud, Ritsu Doan, Can Uzun, Fares Şaybi və Ansgar Knauff.
Frankfurt klubuna “Qarabağ”la görüşdə Conatan Burxardt, Timoti Çendler və Elias Baum kömək edə bilməyəcək. Rasmus Kristensen, Huqo Larsson və Mario Götzenin isə oynamağı sual altındadır.
Bundan əlavə, "Qarabağ"ın iki oyunçusu – Kevin Medina və Mateus Silva alman klubuna qarşı sarı vərəqə alsalar, "Liverpul"a qarşı son turdakı görüşü buraxacaqlar.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” görüşü bu gün keçiriləcək və oyuna 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi
